
Uşaqlarımızın yaradıcılığını, problem həll etmə bacarıqlarını və texnologiya ilə olan əlaqələrini gücləndirmək məqsədilə hazırladığımız “Lego Kids ” ilə tanış olmağa hazırsınız!
Bu moduldə LEGO® Education SPIKE™ Essential dəstləri ilə uşaqlarımızı robototexnika və kodlama dünyasına təhlükəsiz və əyləncəli şəkildə daxil edirik.
Lego Kids, 5–8 yaş arası uşaqların yaş inkişafına uyğun şəkildə hazırlanmış, oyun əsaslı robototexnika və kodlama təlimidir.
Uşaqlar rəngarəng LEGO detallarından, motorlardan və sensorlardan istifadə edərək öz sadə robotlarını dizayn edəcək, daha sonra bu robotlara blok əsaslı kodlama ilə komanda verəcəklər.
• Yaradıcılığı və təxəyyülü inkişaf etdirmək
• Əsas alqoritm və məntiqi düşünmə bacarıqları qazandırmaq
• Əl-göz koordinasiyasını və diqqət inkişafını dəstəkləmək
• Komanda işi və özünə inamı artırmaq
• Texnologiyadan şüurlu və yaradıcı istifadə etməyi öyrətmək
• Dərslər həftənin müəyyən gün və saatlarında keçiriləcək
• Hər bir şagirdə fərdi robot dəsti təqdim olunacaq
• Dərslərdə vizual materiallar, hekayələndirmə və tətbiq yönümlü tapşırıqlarla öyrənmə dəstəklənəcək
• Heç bir şəkildə ekran asılılığı yaratmır; əksinə, aktiv iştiraka əsaslanan öyrənmə təmin olunur
• Sadə robot dizaynı
• Hərəkət və sensor əsaslı layihələr
• Kodlama məntiqi (irəli, geri, dayan, səs çıxar və s.)
• Problemlərin həlli və layihə təqdimatı
• “Mən etdim!” duyğusu ilə yaradıcılıq və təşəbbüskarlıq
Proqram boyunca uşaqların hazırladığı məhsulları fotoşəkil şəklində sizinlə paylaşacağıq.
Tədris müddətinin sonunda isə kiçik ixtiraçılarımızın layihələri ilə sərgi təşkil olunacaq.